"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Zeki Çeliklə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli sağ cinah müdafiəçisini komandada saxlamaq istəyir. Bu barədə insayder Nikolo Şira məlumat yayıb.
"Roma" Zekini bir neçə il komandada saxlamağı planlaşdırır. Paytaxt klubu artıq 28 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi