Ukrayna milli komandası DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun 4-cü turunun Polşanın Krakov şəhərində Azərbaycana qarşı keçirəcəyi oyun öncəsi daha bir neçə itki ilə üz-üzə qalıb.
Sportal.az xəbər verir ki, “sarı-göylər" "Jirona"nın yarımmüdafiəçisi Viktor Tsıqankov və "Dinamo”nun (Kiyev) müdafiəçisi Aleksandr Timçikin xidmətindən istifadə edə bilməyəcək.
Hər iki futbolçu zədə səbəbindən meydana çıxmayacaq. Xatırladaq ki, bundan əvvəl Oleksandr Zubkov və Roman Yaremçukun da millinin heyətindən çıxarıldığı məlum olmuşdu.
Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu oktyabrın 13-də keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.