Ərəblər "Fənərbaxça"nın legionerini transfer etmək istəyir

11:18 - 8 Oktyabr 2025

"Fənərbaxça"nın futbolçusu Cayden Ostervolde karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin xidmətində "Əl-Hilal" maraqlıdır.

Ərəblər niderlandlı futbolçunu transfer etmək üçün "Fənərbaxça" ilə danışıqlara start verib.

İstanbul təmsilçisinin Oestervoldeni satıb-satmayacağı onun üçün ediləcək transfer məbləğindən asılı olacaq.

Onun "Fənərbaxça" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, “Tvente”, “Parma” klublarında da oynayıb. 
 

Xəbər xətti