"Mayamidəki oyun möhtəşəm bir tamaşa olacaq"

23:32 - 8 Oktyabr 2025

Daha öncə qeyd etdiyimiz kimi, La Liqanın “Vilyarreal” – “Barselona” oyununun 21 dekabr tarixində ABŞ-də keçirilməsi planlaşdırılır.

Sportal.az xəbər verir ki, "Barselona"nın prezidenti Joan Laporta “Vilyarreal”a qarşı keçiriləcək oyun barədə danışıb:

“ABŞ-dakı bütün azarkeşlərimizlə yenidən görüşməyi səbirsizliklə gözləyirik və klub üçün ən vacib strateji bazarlardan birinə daha da yaxınlaşmaq imkanı yaratdığı üçün La Liqaya minnətdarıq.

Biz bu ölkəyə illərdir səfər edirik və hər dəfə ‘Barselona’nın yaratdığı ehtirası hiss edirik. Dünyanın hər yerində milyonlarla azarkeşi olan qlobal klub kimi, bu fürsət vasitəsilə beynəlxalq azarkeş bazamızla əlaqələrimizi daha da möhkəmləndiririk, xüsusilə də ABŞ kimi vacib bir bazarda.

Mayamidə keçiriləcək rəsmi oyun, "Barselona" icmasının çox güclü olduğu bir məkanda, ən yüksək səviyyədə oynayan iki komandanın iştirakı ilə möhtəşəm bir tamaşa olacaq".

Xəbər xətti