Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turu çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, yığmamızın müdafiəçisi Toral Bayramov mattçdan sonra müsahibə verib:
- Oyunla bağlı qeyri-adi nəsə deməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Kiminlə oynadığımız bəllidir. Oyundan qabaq danışmışdıq ki, meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Əlimizdən gələni də, gəlməyəni də etdik. Təəssüflər olsun ki, uduzduq. İnanıram ki, bu istəklə, bu əzmlə davam etsək, yaxşı nəticələr əldə edəcəyik.
- Bu oyun təcrübə baxımından sizə nə qatdı?
- Qarşımızdakı rəqib Fransa millisi daim hücumda olan komandadır.Ö tempə öyrəşmək lazımdır. Bizim çempionatda bu dərəcədə sürət olmur. Düşünüürəm ki, bizim üçün faydalı matç oldu. İnşallah gələcəkdə daha da yaxşı olacağıq.
- Ukrayna ilə matç barədə nə düşünürsən?
- Bu gündən etibarən həmin oyuna hazırlaşacağıq. Xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik, əzmkar mübarizə aparacağıq.
- Bir neçə mövqedə oynayırsan. Bu, sənin üçün çətinlik yaratmır?
- Xeyr, çətin olmur. Çünki artıq öyrəşmişəm. Baş məşqçi harada məsləhət görsə, orada canla-başla oynayıram və komandaya xeyir verməyə çalışıram.
saytlarin hazirlanmasi