PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Beraldonu yanvar ayında heyəətinə qatmağa çalışacaq. "Sarı-qırmızlar"ın planı 21 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməkdir.
Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvar ayında "San Paulo"dan transfer edib. Braziliya millisinin üzcü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi