Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turu çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, yığmamızın kapitanı Emin Mahmudov matçdan sonra müsahibə verib:
- Çox keyfiyyətli komandaya qarşı oynadıq. Bilirdik ki, bizim üçün çox çətin olacaq. Fransa möhtəşəm komandadır. Çalışdıq ki, müdafiədə sıx oynayaq, rəqibin rahat oynamasına imkan verməyək. Bu, birinci hissədə yaxşı alınırdı. Yenə də keyfiyyət baxımından onlara uduzurduq. Kilian Mbappe bizi çox rahat keçirdi. Əks-hücumlara çıxmağa çalışırdıq. Amma alınmırdı. Ən böyük problemimiz o idi ki, əks-hücuma çıxa bilmirdik. Çünki onlar bizi qarşılayıb dərhal topu alırdılar. Yenə də vuruşduq.
- Komanda Fransa ilə matçda xeyli güc itirdi. Bu amil Ukrayna ilə oyunda nə dərəcədə çətinlik yaradacaq?
- İnşallah bərpa olub həmin oyuna hazırlaşacağıq. Ukrayna da çox güclü rəqibdir. Çalışacağıq ki, oyuna yaxşı hazırlaşaq.
- Oyundan əvvəl futbol ictimaiyyətində böyükhesablı məğlubiyyətin olacağı qorxusu var idi. Bu, futbolçular olaraq sizi təzyiq altına salmırdı?
- Yox, onu düşünmürdük. Necə oynaya biləcəyimizi düşünürdük. Ayxan Abbasov bizə çox güvənirdi. Biz də onun istədiklərini yerinə yetirməyə çalışırdıq. Bəzən yaxşı alınırdı, bəzən alınmırdı. Əsas da bəzi mübarizələrdə, hücumda çox top itirirdik. Yenə də, bütün komandaya təşəkkürümü bildirmək istəyirəm. Çünki hamı vuruşdu, hamı çalışdı, maksimum əlindən gələni etdi.
- Bu oyunda baş məşqçi Fernandu Santuş olsaydı, səncə, hesab necə olardı?
- Bilmirəm. Fərqli olardı. Allah bilir necə ola bilərdi. Yaxşı və ya pis – onu da biz bilmirik.
- Ayxan Abbasov millidə nəyi dəyişdi?
- O, bizi yaxşı tanıyır. Çalışır ki, birlik yaransın, bir ailə kimi olaq, daha yaxşı olaq. Məncə, ilk oyunlarda onda yaxşı alındı. İndi isə çalışacağıq ki, davam edək. Çünki digər rəqiblər də çox güclüdür
saytlarin hazirlanmasi