"Fənərbaxça" "Əl-Əhli"nin müdafiəçisini transfer etmək istəyir

13:30 - 10 Oktyabr 2025

"Əl-Əhli"nin müdafiəçisi Merih Demiral ölkəsinə qayıda bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhənginin baş məşqçisi Domeniko Tedesko rəhbərlikdən Merihin transferini istəyib. Klubu ilə müqaviləsi mövsümün sonunda başa çatan 27 yaşlı mərkəz müdafiəçisi özü də Super Liqada oynamağa isti yanaşır.

Qeyd edək ki, Merih Demiral "Fənərbaxça"nın yetirməsidir. Türkiyə millisinin üzvü 2023-cü ilin yayından "Əl-Əhli"də çıxış edir. O, cari mövsümdə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti