"Monako"da yeni baş məşqçinin adına aydınlıq gəldi - RƏSMİ

22:46 - 11 Oktyabr 2025

“Monako” yeni baş məşqçisinin təyinatını elan edib.

Sportal.az xəbər verir ki, komandaya Sebastyan Pokonyoli rəhbərlik edəcək. O, bu vəzifədə Adi Hütteri əvəzləyib və 2027-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.

2024-cü ildən Pokonyoli “Union” klubuna rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda Belçika çempionu olub və ölkə Superkubokunu qazanıb.

Hazırda “Monako” Liqa 1-də 7 turdan sonra 13 xal toplayaraq turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.


Xəbər xətti