Niderland yığmasından Finlandiyaya 4 cavabsız qol - GENİŞ İCMAL

23:11 - 12 Oktyabr 2025

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilir.

Sportal.az xəbər verir ki, G qrupunda yer alan Niderland millisi Finlandiya yığmasını qəbul edib. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Niderland millisi 6 oyundan sonra 16 xalla 1-ci, Finlandiya yığması isə 7 oyunla 10 xalla 3-cü pillədə qərarlaşıb.

DÇ-2026

Seçmə mərhələ

Niderland - Finlandiya 4:0

Qollar: D.Malen,8, V.Diyk,17, M.Depay,38(pen), C.Qakpo,84

Xəbər xətti