"Mançester Yunayted" 2 futbolçusu ilə gələcəyi barədə danışacaq

09:23 - 12 Oktyabr 2025

“Mançester Yunayted” Kobbi Maynu və Coshua Zirkze ilə onların gələcəyi barədə danışacaq.

Sportal.az xəbər verir ki, hər iki futbolçu bu mövsüm kifayət qədər oyun vaxtı ala bilməməkdən narahatdır. ESPN-in məlumatına görə, klub qış transfer pəncərəsindən əvvəl vəziyyət dəyişməsə, onlarla danışıqlar aparacaq.

Avqust ayında Maynuya maraq göstərmiş “Napoli” 20 yaşlı yarımmüdafiəçini yenidən transfer etməyə çalışa bilər. O, həmçinin İngiltərə Premyer Liqası və Bundesliqa klublarının da diqqət mərkəzindədir.

İngiltərə millisinin üzvü Kobbi 2026 Dünya Çempionatının heyətinə düşmək üçün Tomas Tuhelin onu dəvət etməsi üçün az vaxtın qaldığından narahatdır. Hollandiya əsilli Zirkze də başa düşür ki, dünya çempionatına getmək üçün daha çox oynamaq lazımdır.

Qeyd edək ki, cari mövsümdə Zirkze 3 oyunda iştirak edib və cəmi 74 dəqiqə meydanda olub, Maynu isə beş oyunda 113 dəqiqə oynayıb.

Xəbər xətti