Kriştiano Ronaldodan dünya rekordu - 41-ci qol

23:47 - 14 Oktyabr 2025

Kriştiano Ronaldo dünya çempionatının seçmə mərhələlərində ən çox qol vuran futbolçu kimi yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, 40 yaşlı Portuqaliya hücumçusu Macarıstana qarşı oyunun 22-ci dəqiqəsində hesabı bərabərləşdirib və ilk hissəyə əlavə olunmuş dəqiqələrdə komandasını önə keçirib.

Bu qollar Ronaldo üçün seçmə mərhələlərdə vurduğu 40-cı və 41-ci qollar olub. O, 2016-cı ilin 6 sentyabrından bəri rekordu əlində saxlayan Qvatemalalı Karlos Ruisi geridə qoyub.

Xəbər xətti