Almaniyalı müdafiəçi "Arsenal", "Mançester Siti" və "Real"ın hədəfində

12:45 - 14 Oktyabr 2025

"Ayntraxt"ın müdafiəçisi Nataniel Braun Avropanın bir çox klubunun transfer siyahısında yer alıb.

Sportal.az xəbər verir ki, "Arsenal", "Mançester Siti" və "Real" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Ayntraxt" Braunu satmağın əleyhinə deyil. Onlar 22 yaşlı sol cinah müdafiəçisi üçün 60 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Ayntraxt" Nataniel Braunu 2024-cü ilin yanvar ayında "Nürnberq"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti