Cənubi Afrika millisinin dünya çempionatına qayıdışı rəsmiləşib. Hugo Broosun komandası Afrika üzrə seçmə mərhələnin C qrupunda 18 xal toplayaraq qrup lideri olub və ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, Cənubi Afrika millisi 2010-cu ildən sonra ilk dəfə dünya çempionatında çıxış edəcək. Həmin vaxt turnir Cənubi Afrika Respublikasında keçirilmişdi. Ümumilikdə bu, komandanın tarixdə dördüncü mundialı olacaq.
Nigeriya qrupu ikinci pillədə başa vurub. Onların gələcəyi digər qruplarda ikinci yeri tutan komandaların nəticələrindən asılı olacaq. Ən yaxşı dörd ikinci yer sahibi pley-off mərhələsində oynayacaq və Afrikanı qitələrarası pley-offda təmsil edəcək komanda məhz orada müəyyənləşəcək.
saytlarin hazirlanmasi