Əliyev Ukrayna - Azərbaycan matçı haqda: "Sona yaxın hesabdakı üstünlüyü saxlamaq istəyirdik"

10:48 - 15 Oktyabr 2025

Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun dördüncü turunda Polşanın Krakov şəhərində “sarı-mavilər”in

Azərbaycan üzərində 2:1 hesablı qələbəsini şərh edib. Sportal.az xəbər verir ki, “sport.ua” portalına danışan Əliyev matç barədə verilən sualları cavablandırıb. 

- Sizcə, Azərbaycanla oyun nəyə görə bu cür gərgin keçdi?

- Çünki matçın sonuna yaxın hesabdakı üstünlüyü saxlamaq istəyirdik. Əks-hücumlara da çıxırdılar, amma bundan istifadə edə bilmirdilər. Lakin, bu məsələ artıq vacib deyil. Əsas odur ki, üç xalımız var. Biz isə dünya çempionatına vəsiqə üçün iddialılar arasında qalırıq.

- Ümumiyyətlə, Azərbaycanla görüşdə fasiləyə qədər oyunun taleyini həll etməliydik...

Nə deyə bilərəm? Bəzi məqamlarda bəxtimiz gətirmədi, bəzilərində isə zərbələrimizdə dəqiqliyimiz azal idi.
 

Xəbər xətti