"Barselona" niderlandlı ilə müqavilə imzaladı

20:49 - 15 Oktyabr 2025

“Barselona” Frenki De Yonqun müqavilə müddətini artırıb. 

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yeni 3 illik müqavilə imzalayıb.

Onun keçmiş müqaviləsi mövsümün sonuna qədər idi. Yeni müqaviləyə əsasən, De Yonq 2029-cu il iyunun 30-na qədər “Barselona”ya məxsus olacaq.

O, 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib.

Xəbər xətti