"Səbail" "Zaqatala"nı məğlub etdi, liderliyə yüksəldi

18:47 - 15 Oktyabr 2025

Azərbaycan I Liqasında bu gün 5-ci tura start verilib.

Sportal.az xəbər verir ki, "Səbail" "Zaqatala"nı 1:0 məğlub edib.

Belədə, Bayıl təmsilçisi "Şəfa"dan bir oyun artıq keçirərək, 13 xalla liderliyə yüksəlib.

Dörd oyundan maksimum xal toplayan "Şəfa" iki gündən sonra "Baku Sportinq"lə qarşılaşacaq.

“Səbail” – “Zaqatala” 1:0
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Sənan Atayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“ASCO Arena”

Xəbər xətti