"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" almaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.
İstanbul nəhənginin baş məşqçisi Domeniko Tedesko Qoretskanı komandasında görmək istəyir. "Fənərbaxça" 30 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Leon Qoretska 2018-ci ilin yayından "Bavariya"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi