Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyev karyerasını başqa ölkədə davam etdirmək istəyir.
Sportal.az saytına verilən məlumata görə, Əliyev milli komandaya da dəvət edilmədiyi üçün daha iddialı liqalarda çıxış etmək istəyir.
Əliyev Belçika, Ukrayna və Türkiyə klublarından gələn təklifləri dəyərləndirməyi düşünür.
"Erzurum" millimizin üzvü ilə yaxından maraqlanır.
Zamiqin yayda "Veres"ə keçidi gündəmdə olsa da, sonda maliyyə məsələsinə görə keçid baş tutmamışdı.
2024-cü il iyulun 7-də “Eqnatiya”ya keçmiş 24 yaşlı futbolçu 2027-ci il iyunun 30-na qədər Albaniya klubuna məxsusdur.
saytlarin hazirlanmasi