"Barselona" Bundesliqa təmsilçisinin bombardirini transfer etmək istəyir

00:29 - 18 Oktyabr 2025

“Barselona” Fisnik Aslanini transfer edə bilər.

Sportal.az xəbər verir ki, insayder Florian Plettenberqin məlumatına görə, kataloniyalılar “Hoffenhaym”ın  bombardirini izləyir və yayda futbolçunun müqaviləsində göstərilən müəyyən məbləğ qarşılığında onu almağın mümkün olduğunu bilirlər.

Berlin doğumlu, Kosovo millisində çıxış edən Aslani bir neçə gün əvvəl Bild nəşrinə verdiyi müsahibədə "Barselona"da oynamağın onun arzusu olduğunu bildirib. Məlumata görə, o, aparıcı Avropa klubuna keçməyi planlaşdırır.

Qeyd edək ki, bu mövsüm Aslani Bundesliqada 6 oyunda 4 qol vurub.

Xəbər xətti