"Barselona"nın qolkiperi qışda komandadan ayrıla bilər

22:47 - 17 Oktyabr 2025

Mark-Andre ter Ştegen qışda “Barselona”dan ayrıla bilər.

Sportal.az xəbər verir ki, insayder Florian Plettenberqin məlumatına görə, qapıçı hələlik yanvarda gedib-getməmək barədə qərar verməyib.

Apreldə 34 yaşı tamam olacaq alman qolkiper Kataloniya klubunda ehtiyat oyunçuya çevrilmək və dünya çempionatına düşməmək riski ilə üz-üzədir.

Qeyd edək ki, hazırda ter Ştegen zədədən bərpa olunur və bu mövsüm hələ meydanda oynamayıb.

Xəbər xətti