PSJ-də ayrılıq baş tutacaq - Parisdə qalmaq istəmir

11:48 - 17 Oktyabr 2025

Rusiya millisinin qapıçısı Matvey Safonov PSJ-ni tərk etməyə hazırlaşır.

Sportal.az “Goal.com”a istinadən xəbər verir ki, rus qolkiper artıq bu cür qərar qəbul edib. O, Paris klubunda bu mövsüm bir oyunda belə meydana çıxmayıb.

26 yaşlı qapıçı 2024-cü ilin yayında “Krasnodar”dan Fransa nəhənginə keçib.

2024/2025 mövsümündə rusiyalı müxtəlif yarışlarda komandanın heyətində 17 oyun keçirib, 13 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb. 
 

Xəbər xətti