Renat Dadaşova şans vermədilər

11:19 - 18 Oktyabr 2025

Futbol üzrə Polşa çempionatında 12-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" doğma meydanda "Katovitse"ni qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Renat bu matçda iştirak etməyib. 26 yaşlı forvard sona qədər ehtiyatda qalıb.

12 turdan sonra 11 xal toplayaan "Motor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti