Millimizin üzvünün komandası uduzdu - VİDEO

10:48 - 21 Oktyabr 2025

Bolqarıstan çempionatında 12-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” doğma meydanda “Septemvri”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Hüseynov bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. “Arda” hazırda 12 xalla 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti