“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının “Liverpul” üzərində qazandığı qələbədəki çıxışını yüksək qiymətləndirib.
Sportal.az "BBC"yə istinadən xəbər verir ki, ispan mütəxəssis İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində Mançesterdə əldə edilmiş 3:0 hesablı qalibiyyəti bu cür şərh edib:
"Oyunçularım çempion üzərində qazanılan bu qələbə ilə mənə gözəl bir hədiyyə verdilər. Bizdən yaxşı oynamağımız tələb olunurdu və bir çox müsbət məqamlar gördük; hər bir oyunçu yüksək səviyyəli performans nümayiş etdirdi. Mo, Şoboslai və Virtzin yaratdığı təhlükəni yaxşı bilirik və azarkeşlərimizin inanılmaz enerjisi bizə əlavə güc verdi. Milli komandaların oyunlarından əvvəl evdə qazanılan bu qələbə xüsusilə vacibdir".
