"Mançester Yunayted"in hücumçusu zədələndi- yığmadakı matçları buraxa bilər

23:31 - 8 Noyabr 2025

Benyamin Şeşko dizindən zədələnib və Sloveniya yığmasının dünya çempionatının seçmə mərhələsindəki qarşıdakı oyunlarını buraxa bilər.

Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in 22 yaşlı hücumçusu Premyer Liqada “Tottenhem”lə 2:2 hesablı oyunda 60-cı dəqiqədə meydana daxil olub, lakin 88-ci dəqiqədə zədə səbəbindən meydanı tərk etməyə məcbur qalıb.

Qeyd edək ki, “Leypsiq”dən 76,5+8,5 milyon avroya transfer olunan Şeşko “Mançester Yunayted”in heyətində keçirdiyi 12 oyunda 2 qol vurub.

Xəbər xətti