"Fiorentina" yeni baş məşqçisini açıqladı

20:40 - 7 Noyabr 2025

İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisini Paolo Vanoli çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Paolo Vanolinin son iş yeri "Torino" olub. "Fiorentina" isə Stefano Pioli ilə yollarını ayırıb.

Xəbər xətti