Türkiyə çempionatının lideri olan “Qalatasaray” “İnter Mayami”nin futbolçusu Lionel Messini icarəyə götürmək niyyətindədir.
Sportal.az xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul nəhəngi argentinalı futbolçu ilə dörd aylıq icarə müqaviləsi imzalamaq istəyir.
MLS mövsümü dekabrın əvvəlində başa çatır. Bundan sonra 2026-cı ilin mart ayına qədər uzun fasilə olacaq. “Aslanlar” Messini inandırmağa çalışır. Əsas arqument kimi isə onun uzunmüddətli fasilə səbəbindən 2026-cı il dünya çempionatına hazırlaşmaqda çətinlik çəkəcəyini göstərirlər.
Qeyd edək ki, Lionel Messi bu mövsüm “İnter Mayami”nin heyətində meydana çıxdığı 38 rəsmi matçda 35 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
