Çempionlar Liqası tarixində ən gənc futbolçu

00:58 - 5 Noyabr 2025

“Arsenal”ın vingeri Maks Douman Çempionlar Liqasının tarixində ən gənc futbolçu olub.

Sportal.az xəbər verir ki, ingiltərəli oyunçu turnirin ümumi mərhələsinin 4-cü turunda “Slaviya” ilə oyunda meydana çıxıb. O, 15 yaş 308 günlük olarkən 72-ci dəqiqədə Leandro Trossardı əvəzləyib.

Douman Yuşufa Mukokonu geridə qoyub. Almaniyalı futbolçu Çempionlar Liqasında 16 yaş 18 günlük olarkən debüt etmişdi. Lamine Yamal isə bu turnirdə ilk oyununu 18 yaş 68 günlük olanda keçirmişdi.

Xəbər xətti