"Beşiktaş" danimarkalını transfer etməyi planlaşdırır

09:46 - 4 Noyabr 2025

"Beşiktaş” heyətini danimarkalı futbolçu ilə gücləndirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Zulte Varegem”in 24 yaşlı vingeri Yeppe Erenbyerqlə danışıq aparır.

Danimarkalının “Beşiktaş”a keçidi bu qış da baş tuta bilər. 25 yaşlı futbolçunun “Zulte Varegem”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Yeppe 2024-cü ildə ölkəsinin "Boldklubben 93" klubundan Belçika komandasına keçmişdi.
 

Xəbər xətti