"Napoli"nin hücumçusu Matteo Politano Çempionlar Liqasının 4-cü turunda "Ayntraxt”la (Frankfurt) qarşılaşmadan əvvəl mətbuat konfransında danışıb. "Napoli" hazırda üç xalla 23-cü, "Ayntraxt" isə üç xalla 22-ci yerdədir.
Sportal.az xəbər verir ki, italiyalı futbolçu “Qarabağ”ın da rəqibi olacaq Frankfurt klubu barədə fikirlərini bildirib:
"Niderlandda PSV-yə qarşı (2:6) görüş bizim üçün bir xəbərdarlıq olmalıdır. Bu, çətin bir məğlubiyyət idi, amma Çempionlar Liqasının nə qədər çətin olduğunu anlamaq və bu turnirin səviyyəsinə çatmaq üçün bundan dərs çıxarmalıyıq. "Ayntraxt" çox yaxşı oynayan və aqressiv hücum etməyə çalışan komandadır. Oyuna düzgün girmək və matçın hər anını mümkün qədər effektiv idarə etmək bizim üçün vacibdir ki, üç xal qazanaq".
Qeyd edək ki, “Napoli” - “Qarabağ”matçı noyabrın 25-də İtaliyada keçiriləcək. “Qarabağ” – “Ayntraxt” görüşü isə yanvarın 21-də baş tutacaq və görüşə 20:45-də start veriləcək.
saytlarin hazirlanmasi
     
                    