"Liverpul"un əfsanəvi futbolçusu Stiven Cerrard “Spartak”ın təklifindən imtina edib.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisi baş məşqçi postu üçün ingilisə təklif göndərib.
Lakin Cerrard “Spartak”da işləmək istəmədiyi üçün bu dəvəti geri çevirib.
45 yaşlı məşqçi “Reyncers”, “Aston Villa” və “Əl-İttifaq”da çalışdıqdan sonra hazırda işsizdir.
 
     
                    