Penalti vuranda zədələndi - 3 həftə oynamayacaq

14:54 - 4 Noyabr 2025

İtaliyanın "Roma" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Paulo Dibala sıradan çıxıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

Argentinalı futbolçu ölkə çempionatının 10-cu turunun "Milan"la səfər matçında (0:1) penalti yerinə yetirən zaman sol ayaq əzələsindən zədə alıb. 31 yaşlı forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Roma"nın heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti