"Çelsi" UEFA Avropa Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Entso Mareska matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. İtalyan mütəxəssis Azərbaycan təmsilçisinin yaxşı komanda olduğunu bildirib:
"Bu, vacib oyundur. Çünki bizə Çempionlar Liqasında ardıcıl üçüncü qələbəni və 9 xal qazandırmaq şansı verə bilər. Əlbəttə, bəzi futbolçulara istirahət verməliyik. Londona cümə axşamı səhər saat 6-da qayıdacağıq. Şənbə günü yenidən oyunumuz var. Bu, sıx qrafikdir və biz uyğunlaşmağa, əlimizdən gələni etməyə çalışacağıq. Komandanı Bakıya aparacaq uçuş təxminən beş yarım saat davam edəcək. Sıx oyun qrafiki səbəbindən səfər zamanı futbolçuların İngiltərə vaxtında qalması qərara alınıb ki, uyğunlaşma prosesi minimuma endirilsin.
"Qarabağ" yaxşı komandadır. Onlar “Benfika” və “Kopenhagen”i məğlub ediblər. "Atletik"ə da qalib gələ bilərdilər, amma sonda uduzdular. Fərqli səbəblərə görə bu, şübhəsiz ki, çətin oyun olacaq. Rəqib həm çox güclü, həm də çox enerjili komandadır. Onların pressinq tərzi və uzun illərdir eyni baş məşqçi ilə işləmələri bu fikri daha da möhkəmləndirir. Bu, mənim indiyə qədər gördüyüm bir şey deyil. Sadəcə inanılmazdır. Eyni klubda 17 il işləmək, bu, həqiqətən heyrətamizdir. Ev oyunlarında xüsusilə daha aqressiv və intensiv çıxış edirlər".
saytlarin hazirlanmasi
