"Bu, tezliklə baş verəcək" - Ronaldo karyerasını bitirməsi barədə

22:25 - 4 Noyabr 2025

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasının başa çatmasına dair suala cavab verib.

Sportal.az xəbər verir ki, Ronaldo Pirs Morqana verdiyi müsahibəsində sualları cavablandırıb:

– Karyeranın bitirməyi hansı yaşda baş verəcəyini təxmin edə bilərsən?

– Tezliklə. Amma düşünürəm ki, mən buna hazır olacam. Asan olmayacaq. Çətin olacaq. Bəli. Yəqin ki, ağlayacam. Mənim üçün ağlamaq çətin deyil. Hisslərimi gizlətmirəm. Mən səmimiyəm. Açıq insanam.

Bu, çox-çox çətin olacaq. Amma, Pirs, mən gələcəyimə 25–27 yaşlarımdan hazırlaşıram. Mən gələcəyim üçün hazırlaşıram. Ona görə də düşünürəm ki, bu təzyiqə tab gətirə biləcəm".

Xəbər xətti