"Qarabağ" "Çelsi" ilə heç-heçə oynadı, 1 milyondan çox qazandı

11:34 - 6 Noyabr 2025

Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda "Qarabağ"ın Bakıda “Çelsi" ilə 2:2 oynaması Ağdam klubuna əlavə bonuslar gətirib.

Sportal.az xəbər verir ki, bu heç-heçəyə görə "Qarabağ"ın büdcəsinə UEFA-dan 700.000 avro (təxminən 1,37 milyon manat) əlavə ediləcək.

Beləliklə, dörd turdan sonra Azərbaycan çempionunun büdcəsinə 4.900.000 avro (təxminən 9,58 milyon manat) daxil olub.

Xatırladaq ki, Ağdam artıq Çempionlar Liqasının əsas mərhələsinə çıxdığı üçün 18.620.000 avro (təxminən 36,38 milyon manat) qazanmışdı.
 

Xəbər xətti