FIFA 2025-ci ilin ən yaxşı futbolçusu adına 11 namizədi açıqladı

22:56 - 6 Noyabr 2025

FİFA ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatı üçün namizədlərin adlarını açıqlayıb.

Sportal.az xəbər verir ki, qiymətləndirmə 2024-cü il avqustun 11-dən 2025-ci il avqustun 2-dək olan dövrü əhatə edir. Qalib yığma komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər və azarkeşlərin səsverməsi nəticəsində müəyyən ediləcək.

Mükafat üçün namizədlər siyahısına aşağıdakı futbolçular daxildir:

– Usman Dembele (Fransa, PSJ)
– Aşraf Hakimi (Mərakeş, PSJ)
– Harri Keyn (İngiltərə, “Bavariya”)
– Kilian Mbappe (Fransa, “Real”)
– Nunu Mendesh (Portuqaliya, PSJ)
– Koul Palmer (İngiltərə, “Çelsi”)
– Pedri (İspaniya, “Barselona”)
– Rafinya (Braziliya, “Barselona”)
– Məhəmməd Salah (Misir, “Liverpul”)
– Vitinya (Portuqaliya, PSJ)
– Lamin Yamal (İspaniya, “Barselona”).

Qeyd edək ki, 2024-cü ildə FİFA versiyasına görə ilin ən yaxşı futbolçusu Madrid “Real”ının hücumçusu Vinisius Junior seçilmişdi.

Xəbər xətti