"İnter" ingiltərəli müdafiəçini transfer etmək istəyir

18:22 - 7 Noyabr 2025

"Aston Villa"nın müdafiəçisi Ezri Konsa karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası nəhəngi Konsanı qışda heyətinə qatmağı planlaşdırır. "İnter"in 28 yaşlı mərkəz müdafiəçisinin keçidini 35 milyon avroya yekunlaşdıracağı bildirilir.

Qeyd edək ki, "Aston Villa" Ezri Konsanı 2019-cu ilin yayında "Brentford"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti