"Bu gün bizim günümüz idi, "Mançester Yunayted" qalib gəlməli idi" - Amorim

22:35 - 8 Noyabr 2025

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 11-ci turunda “Tottenhem”lə 2:2 hesablı heç-heçədən məyus olduğunu bildirib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Amorim bunları qeyd edib:

"Oyun zamanı hiss edirdik ki, üç xal artıq bizim əlimizdədir, sadəcə işi sona çatdırmaq lazım idi. Amma sonra bütün bunlar baş verdi: Harri Maquayr və Kazemironun meydanı tərk etməsi, iki buraxılan qol... Sonra yenə də qol vurduq və nəticədə bir xal qazandıq.

Qalib gələ bilmirsənsə, ən azı uduzmamaq lazımdır. Hələ çox şey öyrənməliyik, çünki bu gün məhz bizim günümüz idi, qalib gəlməli idik.

Özümüzə baxmalıyıq: eyni intensivliklə pressinq etməyi dayandırdıq, özümüzə həddindən artıq inandıq. Anlamaq lazımdır ki, bir az daha cəsarətli olsaydıq, oyunu sona qədər aparardıq".

Xəbər xətti