Qriliş "Mançester Siti"yə qayıtmaq istəmir

18:55 - 10 Dekabr 2025

“Everton”da icarə əsasında çıxış edən Cek Qriliş klubda qalmaq niyyətindədir.

Sportal.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

30 yaşlı vinger Mersisayddakı həyatından zövq alır. O, Devid Moyesin rəhbərliyi altında komandada çıxışını davam etdirmək istəyir.

“Everton”un icarə müddəti başa çatdıqdan sonra Qrilişi “Mançester Siti”dən almaq imkanı var. Lakin ulduz futbolçunun transferi kluba 57 milyon avroya başa gələcək. "Mavilər" isə təcrübəli oyunçu üçün 34 milyon avrodan artıq ödəməyə hazır deyil.

“Everton” Cek Qrilişi mövsümün əvvəlində “şəhərlilər”dən icarəyə götürmüşdü. İngiltərə millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlərdə 16 matça çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti