"Bavariya" və Kolumbiya millisinin futbolçusu Luis Diaz Xames Rodriqesin milli komanda üçün əhəmiyyətindən danışıb.
Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, Diaz təcrübəli futbolçu haqda bunları deyib:
"Xames millimizin kapitanı və lideriridir. O, hər dəfə Kolumbiya millisinin formasını geyinəndə tamam başqa adama çevrilir. O, həmişə milli komanda üçün hər şeyi edir, biz ona heyranıq. Xames həm də hər şeyə daha rahat yanaşacağı və həyatdan zövq ala biləcəyi yaşdadır. Nə qədər oynayacağını bilmirəm, amma sadəcə onun oyunlarından zövq almaq istəyirəm! Kaş ki, o, həmişə milli komandada oynayardı. Milli komandamız və xalqımız üçün Xames əsl 10 nömrəli oyunçudur. Kapitandır, bizim üçün hər şeydir".
saytlarin hazirlanmasi
