Bundesliqa klubunda 43 yaşlı baş məşqçinin vəzifəsi təsdiqləndi

23:04 - 20 Dekabr 2025

Daniel Bauer "Volfsburq"un baş məşqçisi vəzifəsinə təsdiqlənib.

Sportal.az xəbər verir ki, noyabrda Paul Simonisin istefasından sonra müvəqqəti olaraq bu vəzifəni icra edən 43 yaşlı mütəxəssis klubla 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Bauerin rəhbərliyi altında keçirilən dörd oyunda komanda 7 xal toplayıb və Bundesliqada 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti