Seneqal və Fil Dişi Sahili milli komandalarının azarkeşləri 2026-cı il də ABŞ-də keçiriləcək dünya çempionatı oyunlarına səfər planlaşdırarkən ciddi çətinliklərlə üzləşə bilərlər.
Sportal.az xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmış ölkəyə girişlə bağlı yeni məhdudiyyətlərdir.
Qərara əsasən, bir sıra ölkələrin, o cümlədən Seneqal və Fil Dişi Sahili vətəndaşlarının ABŞ-yə həm immiqrasiya, həm də qeyri-immiqrasiya vizaları ilə, o cümlədən turist və biznes vizaları ilə müvəqqəti girişinə qadağa qoyulub. Məhz bu viza kateqoriyalarından futbol azarkeşləri adətən beynəlxalq turnirləri izləmək üçün istifadə edirlər.
Sənəddə istisnalar yalnız futbolçular, məşqçilər və onların ən yaxın qohumları üçün nəzərdə tutulub. Azarkeşlər isə bu imtiyazlardan yararlana bilmirlər. Daha əvvəl oxşar məhdudiyyətlər İran və Haiti vətəndaşlarına da tətbiq olunmuşdu.
Bununla yanaşı, hər iki Afrika millisinin bəzi oyunları Kanadada keçiriləcək ki, bu da azarkeşlərə komandalarını ABŞ-dən kənarda canlı izləmək imkanı yaradır. Hazırda futbol federasiyalarının nümayəndələri, FİFA və DÇ-2026-nın təşkilatçıları vəziyyətlə bağlı rəsmi açıqlamaları gözləyirlər.
saytlarin hazirlanmasi
