"Ağır zəhmət öz bəhrəsini verir" - Dembele mükafat barədə

23:23 - 16 Dekabr 2025

PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Usman Dembele FİFA-nın versiyasına görə 2025-ci ilin ən yaxşı futbolçusu mükafatına münasibət bildirib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi ilə Çempionlar Liqasını, Fransa çempionatını, Kuboku, Fransa Superkubokunu və UEFA Superkubokunu qazanan 28 yaşlı Fransa millisinin vingeri bu gün Dohada "The Best" mükafatını alıb.

"Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Ağır zəhmət öz bəhrəsini verir. Fantastik il keçirdiyimiz ailəmə və PSJ-yə təşəkkür edirəm. Canni İnfantinoya da təşəkkür edirəm, ad günüm münasibətilə göndərdiyiniz mesajı aldım. Ümid edirəm ki, gələn il yenidən bura qayıdacağam." – deyə Dembele səhnədə bunları qeyd edib.

Xəbər xətti