"Kür-Araz" və "Quba"dan qələbə, "Şəki Siti" meydana çıxmadı

18:40 - 15 Dekabr 2025

Futbol üzrə Azərbaycan II Liqasında XIII tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 

"Kür-Araz" səfərdə "Araz Saatlı"nı, "Quba" isə "Şəmkir"i məğlub edib. "Qaradağ Lökbatan" - "Şəki Siti" qarşılaşması qonaq komanda meydana çıxmadığı üçün baş tutmayıb.

II Liqa, XIII tur

15 dekabr

"Araz-Saatlı" - "Kür-Araz" 1:4
Qollar: 
Y.Yusubov, 48 - E.Məmmədov, 7, 88, B.Əliyev, 21, 31

"Şəmkir" - "Quba" 0:1
Qol: 
Q.Sabirli, 84
Qırmızı vərəqə: F.İslamzadə, 90 ("Şəmkir")

"Qaradağ Lökbatan" - "Şəki Siti" (Baş tutmayıb)

Xəbər xətti