“Tottenhem”in yarımmüdafiəçisi İv Bissuma bir sıra soyğunlardan sonra “gülüş qazı”ndan (azot oksidi) istifadə etdiyini bildirib. Həmin soyğunlar nəticəsində o, təxminən 1 milyon funt sterlinq dəyərində əmlakını itirib. Oğrular dizayner saatlarını, zinət əşyalarını və lüks brendlərə aid çantaları aparıblar.
Sportal.az xəbər verir ki, daha əvvəl Bissumanın “gülüş qazı” adlanan azot oksidini inhalyasiya etdiyi iddia olunan video yayımlanmışdı. O, bu barədə açıqlama verib:
“Bu hadisə məndə varlığından belə xəbərim olmayan bir şeyi sındırdı. Azarkeşlərdən üzr istəyirəm. Bu travma həyatımda qorxu, panika, depressiya və paranoya yaradıb. Buna görə özümü həqiqətən çox pis hiss edirəm. Bu şəkillər yayılanda bu, məni və ətrafımdakı hər kəsi, xüsusilə də ailəmi sarsıtdı. Atam bunu görəndə panikaya düşdü, özünü pis hiss etdi. Mən ona izah etməyə çalışdım ki, bu, sadəcə mediada yaradılan pis bir obrazdır və əslində kim olduğumu əks etdirmir.
Başa düşürəm ki, bu həm mənim üçün, həm də imicim üçün pisdir, çünki mən peşəkar futbolçuyam. Mən güclü insanam. Mən mental və fiziki cəhətdən güclü bir afrikalıyam. Çətinliklərlə və fırtınalarla üzləşmişəm, amma bu hadisələr… onlar məndə mümkün olduğunu belə bilmədiyim bir şeyi sındırdı. “Niyə məhz mən?” sualını saya bilməyəcəyim qədər çox dəfə özümə vermişəm.
Özümü qurban kimi hiss etməyi sevmirəm, amma itirdiyim təkcə maddi şeylər olmadı. Mən artıq bu barədə danışmaq istəmirəm, çünki bu, keçmişdə qalıb. Amma azarkeşlərə demək istəyirəm ki, çox peşmanam."
saytlarin hazirlanmasi
