"Zirə"nin futbolçusuna Ukrayna klubu maraq göstərir

15:22 - 14 Dekabr 2025

"Zirə"nin futbolçusu Eldar Quliyevin mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı xəbər vermişdik.

Sportal.az saytına verilən məumata görə, Quliyev karyerasını Polşada davam etdirə bilər. Ona bu ölkənin yüksək liqasında yarışan klubundan təklif gəlib. Lakin Eldar son qərarını verməyib.

Çünki 23 yaşlı yarımmüdafiəçinin vətəninə qayıtmaq ehtimalı da var. Belə ki, ukraynalı futbolçuya Premyer Liqada yarışan klublar maraq göstərir. O, karyerasını məhz Ukraynada davam etdirməyi planlaşdırır.

Belə ki, “Obolon”, “Aleksandriya” klubları Quliyevə təklif göndərib. Onun “Zirə” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti