"Barselona"nın baş məşqçisi Xansi Flik Kataloniya klubunda ehtiyatda qalan Markus Reşford barədə danışıb.
Sportal.az xəbər verir ki, hücumçu son 5 oyundan 4-də ehtiyatda qalmışdı.
"Əgər o ehtiyatdadırsa, deməli, biz əla heyət çıxarmışıq. Onun işə yanaşması mükəmməldir və hazırkı forması əladır. Mən oyunçularla söhbət etdim. Markus mənə dedi ki, narahat olmayım, əsas olan komandadır. İşə bu cür yanaşması məni çox sevindirir. Mən onun burada olmasından çox məmnunam". – deyə Flik bildirib.
saytlarin hazirlanmasi
