"İnter"in sabiq hücumçusu, hazırda "Qalatasaray"da çıxış edən Mauro İkardi İtaliya çempionatına qayıda bilər.
Sportal.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat verib.
Argentinalı forvardın xidmətləri "Milan"a təklif edilib. "Rossoneri" gözləntiləri doğrultmayan meksikalı Santiqo Ximenesə əvəzləyici axtarır. 24 yaşlı futbolçu bu mövsüm 9 matçda iştirak etsə də, fərqlənə bilməyib.
32 yaşlı Mauro İkardi isə cari mövsümdə Türkiyə Super Liqasında 14 oyun keçirib və aktivinə 7 qol yazdırıb.
saytlarin hazirlanmasi
