Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, "Qarabağ" hazırda 68-ci pillədədir. Buna səbəb isə 3 sıra geriləməsidir.
Ölkə çempionunun aktivində 187.5 xal var.
"Sabah" 276-cı pillədən 252-ci pilləyə qədər irəliləyib.
"Zirə" isə aktivində 70.5 xalla 360-cıdır. “Qartallar” ötən siyahı ilə müqayisədə 27 pillə irəliləyib.
Dünya reytiqinə 585 xala malik PSJ rəhbərlik edir.
saytlarin hazirlanmasi
